Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2030-cu il dünya çempionatını 64 komandanın iştirakı ilə keçirmək ideyasını rədd edib. Sport24.az xəbər verir ki, bu qərar seçmə turnirlərin əhəmiyyətini itirməməsi və mundialda "intriqasız oyunların" çoxalmaması üçün qəbul olunub.

 

FIFA-dakı mənbə bildirib ki, yalnız Avropada deyil, ümumilikdə iştirakçıların çoxu 64 komandadan ibarət dünya çempionatının turnirə ziyan vuracağı qənaətindədir: "Çox sayda maraqsız matç olacaq və bu da biznes modelinə mənfi təsir göstərə bilər".