"Udineze"nin yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu posta Fabio Kannavaro təyin edilib.

 

50 yaşlı mütəxəssislə qısammüddətli müqavilə imzalanıb. O, mövsümün sonunadək A seriyası təmsilçisini çalışdıracaq. Kannavaro istefaya göndərilən Qabriele Çioffini əvəzləyib.

 

Qeyd edək ki, Udine təmsilçisi növbəti oyununa aprelin 25-də keçirəcək. "Udineze" "Roma" ilə yarımçıq qalan matça çıxacaq. Həmin qarşılaşma ikinci hissədə hesab 1:1 olarkən dayandırılıb.