PSJ-nin baş məşqçisi Luis Enrike sentyabrın 22-də keçiriləcək "Qızıl Top" mükafatının təqdimat mərasimindən gözləntiləri barədə danışıb. Sport24.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. İspaniyalı mütəxəssis deyib:
"Heç nə! Bu barədə daha əvvəl də danışmışam. Amma beynimdə bir mahnı səslənir (oxumağa başlayır): "Usmana [Dembele] "Qızıl Top!".
Qeyd edək ki, Usman Dembele ötən mövsüm PSJ-də bütün turnirlərdə 53 oyuna çıxıb, 35 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. O, komanda ilə birlikdə Fransa çempionluğu, ölkə kuboku, Superkubok və Çempionlar Liqasını qazanıb.