Misli Premyer Liqasının V turunun "Sabah" – "Turan Tovuz" oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Bərabərsəviyyəli oyunda müdafiədə kobud səhv buraxdıq. "Sabah" kimi rəqibə qarşı bunu etmək olmaz. Daha sonra düşünürəm ki, "Sabah" nəticəyə arxayın oynadı.Təəssüf ki, ötənilki səhvlər təkrarlanmağa başlayıb. Bunun qarşısını almağa çalışacağıq.

 

– Əvvəl komanda standart vəziyyətlərdən fərqlənə bilirdi, amma bu il bu da yoxdur. Sanki komanda hücum qurmaqda çətinlik çəkir…
– Standart vəziyyətlər üzərində işləyirik. Hardasa alınır, hardasa yox.