Heyəti 1,37 milyard avro dəyərində qiymətləndirilən PSJ dünyanın ən bahalı komandasıdır. Sport24.az xəbər verir ki, bu barədə "Transfermarkt" portalı məlumat yayıb.
Oyunçuların ümumi dəyərinə görə ikinci yerdə "Mançester Siti" (1,32 milyard avro), ardınca "Arsenal" (1,25 milyard avro) gəlir. İlk "beşliy"i "Real" (1,22 milyard avro) və "Barselona" (1,16 milyard avro) tamamlayır.
Qeyd edək ki, ümumiyyətlə, ilk "onluq"da İngiltərənin 6 klubu yer alıb.
1. PSJ – 1,37 milyard avro
2. "Mançester Siti" — 1,32 milyard
3. "Arsenal" — 1,25 milyard
4. "Real" — 1,22 milyard
5. "Barselona" — 1,16 milyard
6. "Çelsi" — 1,11 milyard
7. "Bavariya" — 958 milyon
8. "Liverpul" — 940 milyon
9. "Mançester Yunayted" — 752 milyon
10. "Tottenhem" — 700 milyon