Türkiyə I Liqasında azərbaycanlı futbolçuların dueli başa tutub. Sport24.az xəbər verir ki, 31-ci turda Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyəspor" Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor"la üz-üzə gəlib.

 

Matç Diniyevin komandasının minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Sarı vərəqə ilə cəzalandırılan Coşqun 80, Ramil 90 dəqiqə meydandan olub.

 

Qeyd edək ki, "Kocaelispor" 52 xalla 6-cı, "Ümraniyəspor" 37 xalla 11-ci pillədə qərarlaşıb.