FİFA prezidenti Canni İnfantino 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı haqda danışıb. Sport.az xəbər verir ki, o, DÇ-2026-nın matçlarını "Super Bowl" (ABŞ Milli Futbol Liqasının (NFL) illik liqa çempionluğu oyunudur.

 

1966-cı ildən bəri hər NFL mövsümünün final oyunu kimi təşkil olunur) ilə müqayisə edib:

 

"3 ölkənin, 16 şəhərin ev sahibliyi edəcəyi, 48 komandanın yarışacağı 2026-cı il dünya çempionatı tarixin ən böyük və ən əhatəli mundialı olacaq. Cəmi bir ay ərzində 104 "Super Bowl" keçiriləcək.

 

DÇ-2026 futbolu ABŞ və Kanadada bir nömrəli idman növünə çevirmək üçün əla fürsətdir".

 

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.