FIFA-nın Texniki Komitəsi DÇ-2026-nın finalından sonra təqdim ediləcək mükafatları müzakirə etmək üçün iclas keçirib. Sport24.az xəbər verir ki, bu barədə "The Touchline" portalı sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, iclasda Argentina millisinin hücumçusu və kapitanı Lionel Messinin turnirin "Qızıl top"unu alacağı qərara alınıb. Finalın nəticəsindən asılı olmayaraq, bu mükafat argentinalı ulduza veriləcək.

 

Qeyd edək ki, Messi dünya çempionatında yeddi oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Argentinalı hücumçu həm 2014, həm də 2022-ci il dünya çempionatında "Qızıl top" mükafatını qazanıb.