"Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin Azərbaycan futbolunu xatırlayıb. Sport24.az xəbər ki, hazırda Moldovanın “Şerif” klubuna rəhbərlik edən 58 yaşlı mütəxəssis müqayisə aparıb: “Eynilə Azərbaycanda olduğu kimi, Moldovada da ən müasir infrastruktura malik və inkişaf edən futbol gördüm. Bu iki ölkənin futbolu bənzərdi. Moldova millisində isə Danimarka, Şotlandiya, İsrail kimi güclü yığmalara qarşı vacib oyunlarımız oldu. Hətta məğlubiyyətlər müəyyən dərəcədə bizi inkişaf etdirdi”.
Xatırladaq ki, 58 yaşlı Bordin 2018-20-ci illərdə “Neftçi”nin baş məşqçisi olub.