Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçı Mert Günokla yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin üzvü ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Mert Günok 2021-ci ilin avqust ayından "Beşiktaş"da çıxış edirdi. 36 yaşlı qolkiper baş məşqçi Sergen Yalçının qərarı ilə əsas komandadan uzaqlaşdırılmışdı.