PSV və Belçika millisinin vingeri Yohan Bakayoko "Leypsiq"ə transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

22 yaşlı futbolçu alman klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb. "Transfermarkt" portalının məlumatına görə, "öküzlər" futbolçuya görə Niderland klubuna 18 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Bakayoko 2024/25 mövsümündə 46 matçda 12 qol vurub və 3 məhsuldar ötürmə edib.