Leverkuzen "Bayer"i fasilə ərəfəsində ilk transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, Bundesliqa klubu 18 yaşlı hücumçu Alexo Sarkonun keçidini açıqlayıb.

 

Argentinalı futbolçu buna qədər "Velez Sarsfayld" klubunun formasını geyib. O, yeni komandasında 18 nömrəli formanı geyəcək.

 

Gənc orvardla 2029-cu ilə qədər müqavilə imzalanıb. 2024-cü ildə Argentina yığmasının əsas heyətində debüt edən Sarko ümumilikdə 9 oyun keçirib və bir qol vurub.