"Bavariya" Avstriya millisinin baş məşqçisi Ralf Ranqniklə danışıqları bərpa edib. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq özünün sosial şəbəkə hesabında məlumat yayıb. Münhen təmsilçisinin digər namizədi Yulian Naqelsmann Almaniya millisi ilə müqaviləsini uzatdıqdan sonra 65 yaşlı mütəxəssislə son günlər yenidən danışıqlar aparır.

 

O da bildirilir ki, "Bavariya" rəhbərliyi Ranqniklə danışıqlara nikbin yanaşır. 

 

Qeyd edək ki, bir müddət əvvəl hazırkı baş məşqçi Tomas Tuhelin cari mövsüm başa çatdıqdan sonra "Bavariya"nı tərk edəcəyi məlum olub.