"Mançester Yunayted" Avropa Liqasının Liqa mərhələsinin VII turunda "Reyncers"i məğlub edib – 2:1. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" baş məşqçi Ruben Amorimin rəhbərliyi altında ilk üç oyunu qazanıb.

 

Komanda "Bodo-Qlimt"ə 3:2, "Viktoriya"ya 2:1 və "Reyncers"ə 2:1 hesabıyla qalib gəlib.

 

Klub tarixində bunu bacaran daha iki məşqçi olub. Mett Basbi (1956) və Aleks Ferqyuson (1990) ilk üç avrokubokundan qalib ayrılıb.