"Barselona" yayda "Liverpul"un hücumçusunu heyətinə qatmaq istəyir.

Sport24.az xəbər verir ki, "Barsa" 2022-ci ilin yanvarında "Portu"dan "qırmızılar"a keçən Luis Diasla maraqlanır.

27 yaşlı kolumbiyalı futbolçu "Liverpul" üçün çox vacib oyunçudur. Ona görə də, onunla müqavilə bağlamaq çətin olacaq. Üstəlik, yayda "Barselona"nın maliyyə imkanları məhdud olacaq.