"Barselona"nın ötən qış heyətinə qatdığı Viktor Roke hələ ki, özünü yaxşı tərəfdən göstərə bilməsə də, ərəblərin maraq dairəsinə düşüb. Sport24.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Əl-Hilal" onun "rənglərinə bağlamaq" istəyir.

 

Ancaq 19 yaşlı futbolçu Səudiyyə Ərəbistan təmsilçisinin təklifini qəbul etməyib.

 

Qeyd edək ki, Roke katalonların heyətində 16 rəsmi oyun keçirib, 2 qol vurub. Daha əvvəl bildirilmişdi ki, "Barsa" onun transferindən ən azı 40 milyon avro gəlir əldə etmək istəyir.