"Barselona"nın heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Frenki de Yonq sıradan çıxıb.

 

Niderlandlı futbolçu La Liqanın XXXII turu çərçivəsində baş tutan "Real" ilə matçında (2:3) zədələnib. Ayağından zədə alan 26 yaşlı orta xətt oyunçusu ən azı 5 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol vurub.