İspaniyanın "Mundo Deportivo" nəşri "Barselona"nın La Liqa çərçivəsində "Kamp Nou" stadionunda keçirdiyi son matçdan əvvəl və sonra 300 azarkeş arasında xüsusi sorğu keçirib. Sport24.az xəbər verir ki, sorğunun əsas suallarından biri tərəfdarların gələn mövsüm Robert Levandovskinin əvəzinə hücum xəttində kimi görmək istədikləri ilə bağlı olub.
Nəticələrə əsasən, respondentlərin əksəriyyəti Madrid "Atletiko"sunun gənc ulduzunu komandada görmək istəyir. Ümumilikdə səsvermənin mənzərəsi belə formalaşıb:
- Xulian Alvares ("Atletiko Madrid") - 36%
- Joao Pedro ("Çelsi") - 30%
- Erlinq Haaland ("Mançester Siti") - 5,66%
- Harri Keyn ("Bavariya") - 3,66%
- Viktor Osimhen ("Qalatasaray") - 1,66%