Almaniyada keçiriləcək AVRO-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli olub.

Sport24.az xəbər verir ki, ədalət təmsilçilərinin siyahısını UEFA-nın mətbuat xidməti açıqlayıb.

Qurumun hakimlər komitəsi 18 referini müəyyənləşdirib. AVRO-2024-də Artur Soareş Diaş (Portuqaliya), Xesus Xil Mansano (İspaniya), Marko Quida, Daniele Orsato (hər ikisi İtaliya), İştvan Kovaç (Rumıniya), İvan Krujlyak (Slovakiya), Fransua Leteksye, Klemen Turpin (hər ikisi Fransa), Danni Makkeli (Niderland), Şimon Marçinyak (Polşa), Halil Meler (Türkiyə), Qlenn Nyuberq (İsveç), Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Sandro Şerer (İsveçrə), Daniel Zibert, Feliks Zvayer (hər ikisi Almaniya) və Slavko Vinçiç (Sloveniya) fit çalacaqlar. Argentinalı Fakundo Telyo da köməkçiləri ilə birlikdə AVRO-2024-də ədaləti qoruyacaq.

Qeyd edək ki, qitə çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.