"Atletiko"nun yarımmüdafiəçisi Koke komandanın heyətində 700-cü oyununu keçirib. Sport24.az xəbər verir ki, kapitanın yubileyi "Xetafe" ilə səfər matçına (1:0) təsadüf edib.

 

Start heyətində meydana çıxan 33 yaşlı futbolçu Maytaxt təmsilçisinin formasını 700-cü dəfə geyinib.

 

Koke "Atletiko"nun tarixində ən çox oyun keçirən futbolçudur. İkinci yerdə Yan Oblak (511) qərarlaşıb. İlk beşlikdə həmçinin Adelardo (504), Anxel Korrea (469) və Antuan Qrizmann (462) yer alır.

 

Koke əsas komandada debütünü 17 yaşında edib. İspaniyalı oyunçu 2009-cu ilin sentyabrın 12-də "Rasinq"lə görüşdə meydana çıxıb. Onun bütün karyerası paytaxt klubunda keçib və hazırkı müqaviləsi 30 iyun 2026-cı ilədək nəzərdə tutulub.