İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqanın digər təmsilçisi "Bornmut"un vingeri Antuan Semenyonu transfer etmək fikrindədir. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı qanalı futbolçunu almaqda israrlıdır və ona "24" nömrəli formanı təklif etməyi planlaşdırır.

 

Bu nömrə hazırda mövsümü icarə əsasında Türkiyənin "Trabzonspor" klubunda çıxış edən Andre Onanaya məxsus olub.

 

Qeyd edək ki, A.Semenyo bu mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 11 oyunda 6 qola və 3 məhsuldar ötürməyə imza atıb.