"Atletiko" "Atalanta"nın futbolçusu Edersonla şəxsi şərtlər üzrə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
İlkin müzakirələrə görə, transfer məbləğinin təxminən 35–40 milyon avro civarında olduğu bildirilir. Tərəflər arasında yaxın zamanda görüş keçirilib və yekun razılaşma üçün danışıqlar davam etdirilir.
Qeyd edək ki, Ederson bu mövsüm bütün turnirlərdə "Atalana"nın heyətində 33 rəsmi matçda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.