"Napoli" A Seriyasının 11-ci turunda "Bolonya"ya 2:0 hesabı ilə məğlub olduqdan sonra məşqlərə baş məşqçi Antonio Kontesiz qayıdıb. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin sözlərinə görə, klubla razılığa əsasən, baş məşqçi bir neçə günlük istirahət götürüb və Turin yollanıb. Konte noyabrın 17-də düşərgəyə dönəcək. Bu müddət ərzində isə komanda onun köməkçisi Kristian Stellinin rəhbərliyi altında məşq edəcək.
Qeyd edək ki, 11 turdan sonra "Napoli" 22 xalla turnir cədvəlində 4-cü yerdədir.