İtaliya A seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Udineze" Qabriele Çioffi ilə yollarını ayırıb.

 

İstefaya səbəb isə komandanın nəticələri səbəb olub. Udine klubu 32 turdan sonra 28 xalla 17-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Çioffi 2023-cü ilin oktyabrında "Udineze"nin baş məşqçisi təyin edilmişdi.