Məhşur amerikalı mütəxəssis Xavyer Mendes hələ də sabiq UFC çempionu Həbib Nurməhəmmədovu yüngül (70 kq-a qədər) çəki dərəcəsində tarixin ən yaxşı qaydasız döyüşçüsü hesab edir. Sport24.az xəbər verir ku, Mendes özü də bir müddət Nurrməhəmmədvun məşqçisi olub: "Çarls Oliveyra yanıldığımı göstərdi. Onu siyahıdan çox tez silmişəm. Çünki Beneil Dariuşu məğlub edəcəyinə qətiyyən inanmırdım. Amma nahaq yerə yaxın keçmişdə çempion statusunda olmadığını göstərdi. İnsanlar deyir ki, onu tarixin ən yaxşı döyüşçüsü adlandırmışam. Amma bu sözü dilimə gətirməmişəm. Sadəcə, onun böyük çempion olduğunu demişəm.  Amma yüngül çəkidə tarixin ən yaxşısı olduğunu düşünmürəm. Fikrimcə, hələ də bu ada ən layiqli isim Nurməhəmmədovdu. Bəlkə də bu fikrimə görə bəziləri məni tənqid edəcək. Amma belə düşünürəm''.

Xatırladaq ki, peşəkar karyerasında keçirdiyi 29 döyüşün heç birində məğlub olmayan Həbib 2021-in martında karyerasını başa vurub. Hazırda o, məşqçi kimi fəaliyyət göstərir.