İspaniya tennisçisi Karlos Alkaras "Böyük Dəbilqə" turnirlərinin serbiyalı 24 qat qalibi Novak Cokoviçin uğurunu təkrarlayıb. Sport24.az xəbər verir ki, 22 yaşlı tennisçi ATP turnirinin qrup mərhələsində italiyalı Lorentso Muzettini (6:4, 6:1) məğlub edərək 70-ci qələbəsini qazanıb.
Bu nəticədən sonra K.Alkaras 2009-cu ildən bəri 70 qələbə qazanan ən gənc tennisçi ünvanına yiyələnib. İspaniyalı idmançı bu qələbələrdən 16-nı ATP reytinqinin ilk "10-luğ"unda yer alan rəqiblərinə qarşı matçlarda qazanıb.
Qeyd edək ki, K.Alkaras "Böyük Dəbilqə" turnirlərinin 6 qat qalibidir. O, fərdi yarışlarda ümumilikdə 24 titul qazanıb.