İspaniyalı Kristian Roberto Lopes Rodriges qeyri-adi bir dünya rekordunun müəllifi olub. Sport24.az xəbər verir ki, 34 yaşlı idmançı hündür daban ayaqqabıda 100 metrə məsafəyə qaçışda yeni rekord müəyyənləşdirib.

Belə ki, Rodriges bu cür ayaqqabıda 100 metrəni 12,82 saniyəyə qaçıb. Əslində, bunu fenomenal göstərici saymaq olar. Çünki bu, həmin məsafədə əfsanəvi Useyn Bolta məxsus rekorddan cəmi 3,24 saniyə azdı.

Maraq üçün bildirək ki, hündür daban ayaqqabı ilə 100 metrə məsafəyə qaçışda əvvəlki rekord almaniyalı idmançı Andre Ortolfa məxsus idi. 2019-cu ildə onun göstəricisi 14,02 saniyəyə bərabər olmuşdu. Yəni, Rodriges əvvəlki rekordu 1 saniyədən də artıq yaxşılaşdırıb.

Qeyd edək ki, bu qeyri-adi qaçış üçün ən hündür daban ayaqqabı tələb olunur. Ayaqqabının dabanının uzunluğu 7 sm-dən, yerə dəyən hissəsinin eni isə 1,5 sm-dən az olmamalıdı.