WBC versiyası üzrə superağır çəkidə sabiq dünya çempionu Deontey Uaylder məşhur UFC döyüşçüsü Fransis Nqannu ilə döyüşmək istəyir. Sport24.az xəbər verir ki, amerikalı idmançlı kamerunlu qaydasız döyüş ustası ilə həm rinqdə, həm də oktaqonda qarşılaşmağı arzulayır: “Bu qarşıdurma mənim üçün maraqlıdır. Özü də bu görüşün Afrikada təşkil olunmasını istəyirəm. İki nəhəng superqəhrəman mütləq qarşılaşmalıdır. Yaxşısı budur ki, iki döyüş keçirək. Əvvəl Nqannu mənimlə rinqdə qarşılaşsın, daha sonra mən oktaqona çıxım".

Uaylder özünü yeni sahədə sınamaq istədiyini açıqlayıb: "Əlbəttə, MMA döyüşçüləri boksa qədəm qoyur, amma onlarda boksçu duruşu olmur. Belə görüşlərin favoritləri həmişə əlcək sahibləri olur. Hərçənd, mənim də qaydasız döyüş təcrübəm yoxdur, amma bizim aramızda görüş təşkil olunsa, bu çağırışı qəbul etməyə hazıram. İmkan yaranırsa, niyə də özümü MMA-da sınamayım?!”

Xatırladaq ki, Nqannu UFC ilə yeni müqavilə məsələsində razılığa gələ bilməyərək azad agent statusu əldə edib. O, bu təşkilatdan çempion kimi ayrılıb.