Azərbaycanda "Bədən tərbiyəsi və idman haqqında" yeni qanun layihəsi hazırlanıb. Sport24.az xəbər verir ki, bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
Deputatın sözlərinə görə, layihə artıq yekunlaşdırılıb: "Gənclər və İdman Nazirliyi ilə birgə hazırlanan bu qanun layihəsinin yaxın günlərdə Milli Məclisdə müzakirəsinin şahidi olacağıq".