Daşkənddə keçirilən boks üzrə dünya çempionatı sona yaxınlaşır. Rusiyanın iştirakına görə, bir neçə Avropa və Şimali Amerika ölkələri mundialı boykot etsə də, Beynəlxalq Boks Assosiasiyası mundialdakı rəqabətdən narazı qalmayıb. Sport24.az xəbər verir ki, mətbuata açıqlama verən qurumun prezidenti Umar Kremlyov növbəti dünya çempionatında mükafatı artıracaqlarını da söyləyib: “Növbəti dünya birinciliyinin mükafat fondu 10 milyon dollar olacaq. Yaxşı bilirik ki, öz ölkəsinin adını qaldırmaq hər bir idmançı üçün böyük motivasiya mənbəyidir, amma boksçular öz ailələrini dolandırmaq üçün qazancı da fikirləşməlidir. Bu yarışda “ilk 5-lik”də yarışan idmançılara pul mükafatı ödəyəcəyik. Onlar hərəyə 3 min dollar qazanacaq. Növbəti dünya çempionatında isə bu rəqəm 10 min dollara qalxacaq. Bununla yanaşı, medal qazanan idmançılar qazancının 10 faizini də məşqçiyə ödəməlidi. Məşqçilərin də dünya çempionatına görə qazanmasını istəyirəm”.