Boks üzrə gənc oğlan və qızlardan ibarət Azərbaycan milliləri bu ilin ilk təlim-məşq toplanışına start veriblər. Sport24.az xəbər verir ki, hər iki komanda hazırlığı Bakıda keçir.

 

Məşqçilər korpusu toplanışa U-19 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib.

 

Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib. Toplanış martın 1-də yekunlaşacaq.