"Turan Tovuz" Misli Premyer Liqasının 21-ci turunda "Azersun Arena"da "Zirə"ni 2:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Birinci hissədə oyunumuz pis alınmadı. Əvəzetmələrdən sonra təşəbbüsü bir qədər əldən verdik. Şükürlər olsun ki, qələbə qazandıq.

 

- Avrokuboklar mübarizəsində əsas rəqiblərinizdən birini məğlub etdiniz. Mövsümün qalan hissəsində şanslarınızı necə dəyərləndirirsiz?

 

- Biz turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna növbəti matçı düşünürük. Buna köklənirik.