"Sabah"la yollarını ayıran Davit Volkov "Zirə"yə qayıdıb. Sport24.az xəbər verir ki, Bakı təmsilçisi gürcüstanlı hücumçu ilə 2 illik müqavilə bağlayıb.

 

"Zirə" tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020-2022-ci illər aralığında da "qartallar"ın şərəfini qoruyub.

 

Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin "Qaqra", "Dinamo" (Tbilisi), "Çixura", "Sioni", "Zemun", "Saburtalo", Azərbaycanda isə "Qəbələ" və "Sabah"da da çıxış edib.