Misli Premyer Liqasının XXI turunun "Turan Tovuz"la oyunu "Zirə"nin futbolçusu Davit Volkov üçün yubiley xarakteri daşıyıb. Sport24.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, Bakı klubunun heyətində 100-cü çempionat matçını keçirib.

 

Gürcüstanlı hücumçu bu qarşılaşmalarda 36 qol vurub. D.Volkov Premyer Liqada "Zirə"nin formasında ilk oyununu 2020-ci il fevralın 1-də "Sabah"a qarşı (2:0) keçirib.

 

Qeyd edək ki, Davit Volkov "Qəbələ" və "Sabah"da da çıxış edib.