"Azərbaycanlıların hərəkətlərində emosiyalar üstünlük təşkil edir. Əgər onlara topa nəzarət etmək imkanı verilsə, o zaman problem yaşayacağıq". Bu sözləri Ukrayna millisinin sabiq futbolçusu Vasili Kardaş deyib.
52 yaşlı keçmiş müdafiəçi DÇ-2026-nın seçmə mərhələsində bu gün baş tutacaq Azərbaycan - Ukrayna matçı ilə bağlı fikirlərini bölüşüb:
"Yerli azarkeşlər komandalarını irəli səsləyəcəklər. Ona görə ilk növbədə üstünlüyü ələ almalı, hər şeyi rəqibdən tez etməli olacağıq".
Vasili Kardaş Azərbaycan yığması haqqında xoş fikirlər səsləndirməyib:
"İslandiyadakı qarşılaşma göstərdi ki, rəqib zərbəni necə qarşılaşmağı bilmir. Birinci qolu buraxanda dağıldılar. Bizimkilər bunu nəzərə almalıdır. Bu oyunda Ukraynanı favorit hesab edirəm. Azərbaycan yığmasında baş məşqçi Fernandu Santuşun istefaya göndərilməsinin meydan sahiblərinə təsir edəcəyini düşünmürəm. Bizim oyunçuların hazırlıq səviyyəsi yüksəkdir. Bakıda heç bir fors-major hal olmayacaq".
Qeyd edək ki, bu gün oynanılacaq Azərbaycan - Ukrayna matçı saat 20:00-da start götürəcək.