Avrokuboklarda həftənin ilk oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib. Sport24.az xəbər verir ki, Azərbaycanın cari mövsümdə qazandığı əmsallarının sayı 0,500-ə çatıb.

Bu "Zirə"nin Konfrans Liqasında evdə Xorvatiyanın "Hayduk" komandası ilə heç-heçə (1:1) etməsi və "Qarabağ"ın İrlandiyada "Şelburn"a üç cavabsız qolla qalib gəlməsi sayəsində mümkün olub. Ağdam təmsilçisinin qələbəsi 0.250, "qartallar"ın heç-heçə isə ölkənin aktivinə 0,125 xal qazandırıb.

Azərbaycan hazırda 17.625 əmsalla 29-cu pillədə qərarlaşıb. 28-ci Ukraynanın 18.225, 30-cu Bolqarıstanın 16.625 əmsalı var