UEFA "Həmrəylik ödəmələri çərçivəsində 9 klubumuza ("Qarabağ" istisna olmaqla) ödəniş edib. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

 

2024/2025-ci illər mövsümü üçün ayrılmış 1.279.000 (bir milyon iki yüz yetmiş doqquz min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

 

"Neftçi" – 142.111 avro

"Səbail" – 142.111 avro

"Araz-Naxçıvan" – 142.111 avro

"Sumqayıt" – 142.111 avro

"Sabah" – 142.111 avro

"Şamaxı" - 142.111 avro

"Zirə" – 142.111 avro

"Turan Tovuz" – 142.111 avro

"Kəpəz" – 142.111 avro