Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində qrupda son matçını keçirib. Sport24.az xəbər verir ki, Aqil Nəbiyevin komandası yer aldığı 11-ci qrupda sonuncu matçında Lüksemburqla görüşüb.

U-19 yığmamız qələbə qazanacağı təqdirdə, elit-raunda vəsiqə qazana bilərdi. Bunun üçün qrupun digər matçında Bosniya və Herseqovinanın Niderlanda uduzması lazım idi. Bu, baş verib - 0:3. Sadəcə, millimiz də yenilib - 1:2. Təsəlli qolumuzun müəllifi 84-cü dəqiqədə fərqlənən Şahin Şahniyarov olub. 

Bununla da yığmamı 1 xalla qrup sonuncusu olub. Niderlandla Bosniya və Herseqovina ilk 2-ci yeri tutaraq növbəti mərhələyə adlayıb  

 

21 noyabr 

21:00. Lüksemburq - Azərbaycan - 2:1

21:00. Bosniya və Herseqovina - Niderland - 0:2

Xal durumu: Niderland - 9, Bosniya və Herseqovina - 4, Lüksemburq  - 3, Azərbaycan - 1.