Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb. Sport24.az xəbər verir ki, B Liqasının I qrupunda Kosovo ilə qarşılaşan yığma 0:6 hesabı ilə uduzub.

 

Görüş Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində keçirilib.

 

Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.