Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununda da qələbə qazanıb. Sport24.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstana qalib gəlib.

 

Çimkənddə baş tutan matç millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nigar Mirzəliyeva komandamızın 82-ci dəqiqədə komandamıza qələbə gətirən qolun müəllifi olub. 

 

Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.