"Sumqayıt" bu yay müqaviləsini uzatdığı legioneri yola sala bilər. Sport24.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, ötən mövsümün əvvəlində zədələnən İsa Suliman hələ də kollektiv məşqlərə qoşulmayıb.
"Kimyaçılar"ın rəhbərliyi Pakistan millisinin üzvünün cari "futbol ili"ndə komandaya kömək edəcəyinə ümid etsə də, görünən odur ki, İsa dizindəki zədəsini bərpa edə bilmir. Mənbəmizin sözlərinə əsasən, "Aston Villa" akademiyasının yetirməsi ilə bağlı son qərar yaxın günlərdə veriləcək.
Qeyd edək ki, 2023-cü ildən "Sumqayıt"ın şərəfini qoruyan 27 yaşlı mərkəz müdafiəçi bu ilin mayında klubla müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb.