Azərbaycan 2-ci Liqasında 2-ci turun oyunlarına start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. 

 

 

"Xankəndi" öz meydanında "Quba"ya qalib gəlib. "Şəki Siti" isə səfərdə "Araz Saatlı"nı məğlub edib. 

 

14 sentyabr (bazar)

 

13:00. "Xankəndi" – "Quba" - 4:0

Qollar: Pərviz Qaraxanov, 16; Elməddin Hüseynzadə, 30, 74; Bəhruz Teymurov, 72

Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Mirnihat Seyidov, Rəsul Babayev

Neftçi Futbol Mərkəzi (IV meydança), 

 

16:30. "Araz Saatlı" – "Şəki Siti" - 0:12

Qollar: Cavid İmamverdiyev, 4, 17 - pen; 27 - pen; 55, 88; Saleh Süleymanov, 11, 60; Rafiq

Abdullayev, 13 - avtoqol; Rauf Məhərrəmov, 38, 61; Kazbək Qafarov, 40; Nurlan Novruzov, 68

Hakimlər: Nəriman Ağayev, Safalı Ağayev, Rəşad Quliyev, Nahid Xasıyev

Saatlı OİK stadionu