Əvəzedicilər Liqasında 4-cü tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. "Kəpəz-2" doğma meydanda "Araz-Naxçıvan-2"i qəbul edib.

 

Matç 1:1 hesabı ilə yekunlaşıb. "Qəbələ-2" isə "Sumqayıt-2" üzərində 1:0 hesablı qələbə qazanıb.

 

Əvəzedicilər Liqası

4-cü tur

14 sentyabr

 

"Kəpəz-2" – "Araz-Naxçıvan-2" 1:1

Qollar: Elcan Əbilov, 72 – Adıgözəl Əkbərov, 83.

 

"Qəbələ-2" – "Sumqayıt-2" 1:0

Qol: Əjdər Hacılı, 70(ö.q)