"Sumqayıt" klubu daha bir itki ilə üzləşib. Sport24.az-ın məlimatına görə, "gənclik şəhəri" təmsilçisinin serbiyalı baş məşqççisi Saşa İliç Misli Premyer Liqasının XVII turda daha bir futbolçunun xidmətindən yararlana bilməyəcək.

Söhbət Nikola Ninkoviçdən gedir. 31 yaşlı yarımmüdafiəçi "Sabah"a 1:3 hesabı ilə uduzduqları XVI turun matçında sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb.

İliçin həmyerlisi cari mövsüm dördüncü dəfə sarı vərəqə görüb və XVII turda səfərdə "Turan Tovuz"la qarşılaşmada meydana çıxa bilməyəcək.

"Sumqayıt"ın hücumçusu Rüstəm Əhmədzadə də eyni səbəbdən sözügedən görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" oyunu yanvarın 25-də keçiriləcək.