Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib. Sport24.az xəbər verir ki, bu həftə ölkə reytinqinə 0,875 əmsal əlavə olunub.
Bu, Azərbaycan klublarının həftəiçi avrokuboklarda göstərdiyi nəticələrdən sonra reallaşıb.
Hazırda Azərbaycan 18,125 əmsalla 29-cu pillədədir. 28-ci pillədə qərarlaşan Rusiyanın 18,299 əmsala malikdirsə, 30-cu sırada yer alan Bolqarıstanda bu göstərici 16,875-dir.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94,839) başçılıq edir.