Türkiyə 1-ci Liqasında 20-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Şanlıurfaspor"un qonağı olub.

 

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Renat Dadaşov bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard 46-cı dəqiqədə meydana daxil olub. Həsən Nəzərov isə sona qədər ehtiyatda qalıb.

 

Xallarını 30-a yüksəldən "Ankaragücü" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.