Bu gün AFFA Regional Liqasında 2023/24 mövsümünün püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən tədbirdə 39 iştirakçı komanda rəqibləroni öyrənib.
Çempionat 4 zonada keçiriləcək və 2 dövrədən ibarət olacaq. Hər qrupda ilk 2 yeri tutan pley-offa vəsiqə qazanacaq. Budəfəki mövsüm gələn ilin mayın əvvəlində yekunlaşacaq. Çünki yarışın qalibi UEFA Regional Kubokuna vəsiqə qazanacaq və burda mübarizə mayın sonunda başlayacaq.
Onu da bildirək ki, yeni mövsümün noyabrın ilk 10 günlüyündə start götürməsi planlaşdırılır. Region Liqasının qalibi II Liqaya vəsiqə qazanacaq. Finalçı isə bu liqada sondan əvvəl yeri tutan komandayla pley-off matçları keçirəcək.
I tur
Paytaxt və Şimal zonası
A qrupu
"Çinar-Zəngilan" - "Gənclər" PFM
"Ramana" "(Abşeron") - "Mübariz" FA
"İrəvan" - "Record Club"
"Xanlıq" - "City Baku"
İlk turda "Gənclik" İK istirahət edir.
B qrupu
"Cürət" - "Lokomotiv Baku"
"Şimal" FK - ŞKGB
İCBFA - "Hupers" FC
"Şirvanovka" - "Dirçəliş"
Şimal-Qərb və Qərb
"Balakən" FK - "VT Gəncə"
"Ağstafa Gəncləri" - "Qarxun" (Yevlax) FK
"Şəki" FK - ""Göyəzən" PFK
"Goranboy Qala" FK - "Bərdə" FK
Mərkəz
"Ərgünış" (Füzuli) - "İsmayıllı" FK
"Araz" (İmişli) - "Göyçay" FK
"Hacıqabul" FK - "Mil" (Beyləqan)
"Olimpiya" (Ağcabədi") - "Ümid" İK
Cənub
"Qobustan" FK - "Masallı" PFK
"Neftçala" FK - "Zəfər 44"
"Lənkəran" FK - "Masallı" PFK
İlk turda "Biləsuvar" istirahət edir.