Bu gün Qəbələ şəhər stadionunda AFFA Region Liqasının III yer uğrunda oyunu və final görüşü keçiriləcək. Sport24.az xəbər verir ki, arena oyunlar üçün hazır vəziyyətə gətirilib.

 

Saat 14:00-da ehtiyat meydanda "Göyəzən" və "Ağstafa Gənclər"i bürünc, saat 17:00-da isə əsas meydanda "Şirvan" və "Xankəndi" qızıl medal uğrunda matçda qarşılaşacaqlar.

 

Qeyd edək ki, çempion komanda Azərbaycan çempionatının 2-ci Liqasında oynamaq hüququ əldə edəcək.