"İki fərqli hissə alındı. Birinci yarıda oyunumuz alınmırdı. Rəqib bizi yaxşı təhlil etmişdi. İkinci hissədə toparlandıq, hücumlarımız çoxaldı. Real qol epizodlarımız oldu, amma dəyərləndirə bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqada çıxış edən "Qaradağ Lökbatan"ın futbolçusu Bahadur Həziyev  20-ci turu çərçivəsində baş tutan "Cəbrayıl" ilə oyundan sonra deyib.

 

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan qəsəbə təmsilçisinin üzvü "qara zolaq"dan çıxmaq üçün bir qələbəyə eytiyac duyduqlarını vurğulayıb:

 

"Qarşıda "Mingəçevir" ilə oyun var. Biz hər hər matçda 3 xal üçün mübarizə aparırıq. Bu duruma özümüz düşmüşük, özümüzdə çıxacağıq. Düzdür, sonuncu pillədəyik, amma qarşıda oyunlarımız var. Xal fərqi də çox deyil. Bir qələbə bizi yuxarı pilləyə yeksəldəcək".

 

Qeyd edək ki, 20 turdan sonra "Qaradağ Lökbatan" 16 xalla turnir cədvəlinin zirzəmisində qərarlaşıb.