"Qarabağ"ın iki mərkəz müdafiəçisi zədələrini sağaldıb. Klubdan Sport24.az-a verilən məlumata görə, Rahil Məmmədovla Bədavi Hüseynov komandanın son məşqlərinə qoşulublar.

Bədavi daha təcrübəli olsa da, artlq 1 aydı oyun praktikası sarıdan korluq çəkir. Rahil isə bu müddətdə çempionatda daim oynayıb, hətta milliyə də çağırılaraq meydana çıxıb. Məmmədov məhz millidən zədəli qayıdaraq "Sabah"la son turun matçında adı iştirak ərizəsinə belə daxil edilməmişdi.

Yeri gəlmişkən, həmin görüşdə zədələnərək əvəzlənən, son günlərdə hazırlıqdan kənardan qalan digər milli stopperi Bəhlul Mustafazadənin bu axşam "Molde"ylə Avroliqanın qrup matçında meydana çıxması az inandırıcı görünür. Belə olan halda, onu məhz Rahilin əvəzləyəcəyi gözləniləndi.

Xatırladaq ki, "Qarabağ"ın daha bir zədəli müdafiəçisi - monteneqrolu Marko Veşoviç sağalsa da, son günlərdə fərdi məşq edib və növbəti həftədən komandayla hazırlığa qatılacaq.